İranın Qırmızı Aypara Cəmiyyəti Cocuq mərcanlıda
https://azeri.sahartv.ir/news/azərbaycan-i339845-İranın_qırmızı_aypara_cəmiyyəti_cocuq_mərcanlıda
İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin əməkdaşlığı ilə Azərbaycan Respublikasının Cocuq Mərcanlı kəndində pulsuz tibbi xidmətlər göstərilib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
May 04, 2019 10:16 Asia/Baku
  • İranın Qırmızı Aypara Cəmiyyəti Cocuq mərcanlıda
    İranın Qırmızı Aypara Cəmiyyəti Cocuq mərcanlıda

İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin əməkdaşlığı ilə Azərbaycan Respublikasının Cocuq Mərcanlı kəndində pulsuz tibbi xidmətlər göstərilib.

İRİB-nin Bakıdan verdiyi məlumata görə, İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Azərbaycan Respublikasındakı sağlamlıq mərkəzinin sədri Əli Səccadi bu barədə dedi: Ötən  həftə icra olunan bu proqram çərçivəsində İranın Qırmızı Aypara Cəmiyyətinin 8 həkim və 7 səhiyyə işçisindən ibarət 15 nəfərlik heyəti Azərbaycan Respublikasının Cocuq Mərcanlı kəndinin sakinlərinə pulsuz tibbi xidmət göstərib.

Ə.Səccadinin dediyinə görə, təqribən 200  kənd sakini bu xidmətdən istifadə edib.

Azərbaycan Respublikası Milli Məclisinin üzvü və Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin sədri Novruz Aslanov İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin sağlamlıq mərkəzinə göstərdiyi xidmətlərə görə təşəkkür etdi.