Türkiyə vətəndaşları üçün Azərbaycan R. vizası ləğv edilib
İyul 25, 2019 13:08 Asia/Baku
-
Türkiyə vətəndaşları üçün Azərbaycan R. vizası ləğv edilib
Azərbaycan Respublikasının xarici işlər nazirliyi Türkiyə vətəndaşları üçün vizanın ləğv edilməsindən xəbər verib.
Azərbaycan Respublikasının xarici işlər nazirliyi iki ölkənin yaxşı əlaqələri və bir çox ortaqlığına toxunaraq bildirib: Xarici pasportla və qanuni şəkildə Azərbaycan Respublikasına otuzgünlük səfər etmək istəyən Türkiyə vətəndaşları üçün vizanın alınması qanunu cari il sentyabrın birindən etibarən, ləğv edilir və Azərbaycan Respublikasında otuz gündən çox qalmaq istəyən Türkiyə vətəndaşlarının səfər vəziyyəti bu ölkənin daxili qanunları əsasında tənzim ediləcək.
Türkiyə hökuməti də bundan öncə bu ölkəyə otuzgünlük səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarını vizadan azad edibdir.