Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Sammiti keçirilir
https://azeri.sahartv.ir/news/azərbaycan-i351170-bakıda_qoşulmama_hərəkatına_üzv_ölkələrin_dövlət_və_hökumət_başçılarının_sammiti_keçirilir
Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşü keçirilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 25, 2019 07:43 Asia/Baku
  • Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Sammiti keçirilir
    Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Sammiti keçirilir

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşü keçirilir.

XVIII Bakı Zirvə Görüşündə 60-dan çox ölkənin dövlət və hökumət başçısı, beynəlxalq təşkilatların nümayəndələri, xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri iştirak edirlər. 

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşündə 4 yekun sənədin qəbulu gözlənilir.

Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olub. Onu da deyək ki, Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat isə Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir.