Qoşulmama Hərəkatına sədrlik Azərbaycana keçib
-
Qoşulmama Hərəkatına sədrlik Azərbaycana keçib
Qoşulmama Hərəkatına sədrlik Venesueladan Azərbaycana keçib.
Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təşkilatın sədri elan edilib.
Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək.
“Qoşulmama Hərəkatında BMT-yə üzv dövlətlərinin 2/3-i təmsil olunub”.
Zirvə Görüşündə Venesuelanın Prezidenti Nikolas Maduro bildirib ki, bu dövlətlərin zəngin sərvətləri var: “Biz Qoşulmama Hərəkatını gücləndirməli, hər hansı dövlətin dünyada polis rolunu oynamasına imkan verməməliyik. Biz dünyadakı imperialist yanaşmaların qarşısını almalıyıq. Belə yanaşmalar ölkələrimizə yoxsulluq, səfalət gətirib”.
Venesuela Prezidenti nəzərə çatdırıb ki, ölkəsinin sədrliyi dövründə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə də dəstək verməyə çalışıblar: “Biz yoxsulluğun aradan qaldırılmasına çalışmalıyıq. Dayanıqlı İnkişaf Məqsədlərindən biri də məhz budur. Beynəlxalq strukturlar dayanıqlı ədalətin tarazlığına çalışmalıdır. Bunun üçün alternativ yollar tapmalıyıq. Çünki dünyada bir çox insan bu tarazlığın olmamasından əziyyət çəkir. Beynəlxalq Valyuta Fondunun fəaliyyəti də bir çox halda səmərəli olmur, cəmiyyətlər, dövlətlər tənəzzülə uğrayır. Əslində, Beynəlxalq Valyuta Fondu dövlətlərə dəstək verməlidir. Biz Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının bizim ölkələrə təzyiqindən qorunmalıyıq. Mən istərdim ki, xalqlar arasında həmrəylik olsun, beynəlxalq hüquq müdafiə olunsun. Venesuela bu prinsiplərə sadiqdir. Biz Qoşulmama Hərəkatını sülh hərəkatı kimi qəbul edirik”.