Azərbaycan prioritetlərini açıqlayıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i351195-azərbaycan_prioritetlərini_açıqlayıb
Prezident İlham Əliyev Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycanın prioritetlərini açıqlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 25, 2019 16:17 Asia/Baku
  • Azərbaycan prioritetlərini açıqlayıb
    Azərbaycan prioritetlərini açıqlayıb

Prezident İlham Əliyev Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycanın prioritetlərini açıqlayıb.

Azərbaycan Respublikası prezidenti İlham Əliyev qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq Prinsipləri üzərində quracaq: “Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq Prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür.

Əliyev qeyd edib ki, “Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycanın izini itirməyə çalışaraq, bütün toponimləri məqsədli şəkildə erməniləşdirir. Qarabağ əzəli Azərbaycan torpağıdır və münaqişə yalnız Azərbaycanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.