Azərbaycan Respublikasının İƏT ölkələri ilə ticarət mübadilələri həcmi
-
Azərbaycan Respublikasının İƏT ölkələri ilə ticarət mübadilələri həcmi
Cari milad ilinin doqquz ayında Azərbaycan Respublikasının İslam Əməkdaşlıqları Təşkilatına üzv ölkələr arasında ən çox ticarət mübadilələri həcmi müvafiq olaraq, Türkiyə, İran İslam Respublikası və Qazaxıstanla olubdur.
Azərbaycan Respublikasının dövlət gömrük komitəsi bildirib: Cari ilin 9 ayında Azərbaycan Respublikasının Türkiyə ilə ticarət mübadilələri həcmi 3 milyard 354 mlyon 625 dollar, İran İslam Respublikası ilə 390 milyon 662 min dollar, Qazaxıstan ilə isə 182 milyon 766 min dollar olubdur. Bu məlumata görə, Azərbaycan Respublikasının hər üç ölkə- Türkiyə, İran İslam Respublikası və Qazaxıstan ilə ticarət mübadilələri həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə artıbdır. Bu müddətdə mübadilələr həcminin artım miqdarı ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycan Respublikası ilə Türkiyə arasında 974 milyon 339 min dollar, İran İslam Respublikası ilə 121 milyon 946 min dollar və Qazaxıstanl 12 milyon 958 min dollar olubdur.