Fransa səfiri Azərbaycan R. XİN-ə çağırtdırılıb
-
Fransa səfiri Azərbaycan R. XİN-ə çağırtdırılıb
Azərbaycan Respublikasının xarici işlər nazirliyi Fransanın Bakıdakı səfirini çağırtdırıb. Buna səbəb, Fransanın yerli məsul şəxslərindən birinin qondarma Dağlıq Qarabağ bölgəsinin xarici işlər naziri ilə görüşməsi olubdur.
Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov Fransanın Bakıdakı səfiri Zakari Qross ilə görüşdə Fransanın Urin-Ran-Alp bölgəsi şurasının sədri Loran Vukiyenin İrəvanda qondarma Dağlıq Qarabağ bölgəsinin xarici işlər naziri Masis Mailiyan ilə görüşünə və birgə bəyanat imzalamalarına etiraz edib. Xələfov Azərbaycan Respublikasının notasını ona təqdim edib.
Xələfov bu görüşdə deyib ki, bu sənəddə öz əksini tapmış mətləblər Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr prosesinə ciddi zərbə vurur.
Görüşdə həmçinin bildirilib ki, Fransanın yerli bir orqanı ilə qondarma Dağlıq Qarabağ bölgəsi arasında imzalanmış bu sənəd qanunsuz olaraq, Avropa Birliyinin qərarları və Fransa konstitusiyasının maddələrilə təzad təşkil edir.
Həmçinin Fransa səfirinin nəzərinə çatdırılıbdır ki, bu kimi qanunsuz sənədin imzalanması Qarabağ münaqişəsinin həlli üzrə ATƏT Minsk Qrupunun həmsədrlərindən biri kimi Fransanın tərəfsiz mövqeyinə şəkk-şübhə yaradır.
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və onun ətrafında yerləşən yeddi rayon 1992-1994-cü illərdə Azərbaycan Respublikası ilə Ermənistan arasında baş vermiş hərbi döyüşlər zamanı erməni qüvvələr tərəfindən işğal edildi.
ABŞ, Rusiya və Fransa 1997-ci ildən bəri Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən ATƏT-in Minsk Qrupuna həmsədrlik edirlər.