Azərbaycanda yorğa atların çempionatı
Noy 04, 2019 07:19 Asia/Baku
-
Azərbaycanda yorğa atların çempionatı
Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq "Yorğa atların Azərbaycan çempionatı" təşkil olunub.
Altı yaş və daha yuxarı yorğa atların 1600 metr məsafəyə qaçışı ilə başlayan ilk yarış Sabirabaddan yarışa qatılan, sahibi Rəhman Nuriyev olan "Şimşək" ləqəbli at olub.
Altı qaçışdan təşkil olunan yorğa atların çempionatının ümumi mükafat fondu 7700 manat təşkil edib.
"Yorğa atların Azərbaycan çempionatı"nın son qaçışı 7 yaş və yuxarı yorğa axta atların 3200 metr məsafəyə qaçışı ilə yekunlaşıb. Bu yarışda qalib yarışa Laçından qatılan, sahibi Xətai Ələkbərli olan "Qarabağ əsəri" ləqəbli at olub.