Bakıda Müsavat Partiyasının qərargahında müxalifət başçıları bir araya gəliblər
Turan xəbər agentliyinin verdiyi məlumata görə, noyabrın 5-də Müsavat Partiyasının qərargahında müxalif liderlərin və simaların iştirak etdiyi dəyirmi masanın nəticələrinə dair bəyanat qəbul edilib.
Bəyanatda deyilir ki, dəyirmi masanın iştirakçıları Müsavat Partiyasının başqanı Arif Hacılı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Turan İA direktoru Mehman Əliyev, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər, politoloq Hikmət Hacızadə, keçmiş səhiyyə naziri Əli İnsanov, sabiq baş nazir Pənah Hüseyn Azərbaycanda hüquqi dövlət, demokratik cəmiyyət quruculuğu, Qarabağın işğaldan azad edilməsi və hökumətə qarşı mübarizədə raızlığa gəliblər.
Dəyirmi masa iştirakçıları həm müxalifəti, həm iqtidarı siyasi mübarizədə mənəvi-əxlaq dəyərlərə, etik normalara əməl etməyə çağırıblar.
İştirakçılar həmçinin beynəlxalq qurumlara müraciət edərək, "Azərbaycanda fundamental insan hüquqlarının pozulmasına göz yummamağa, Azərbaycan üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməsini daha təsirli vasitələrlə tələb etməyə" çağırıb.
Sonda iştirakçılar bildiriblər ki onlar Azərbaycan hakimiyyətindən "Konstitusiya və qanunlara əməl etməyi, korrupsiyaya son qoymağı, xalqın səsini dinləməyi" tələb edirlər.