Oqtay Gülalıyev İstanbul Avrasiya Xəstəxanasına yerləşdirilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i351821-oqtay_gülalıyev_İstanbul_avrasiya_xəstəxanasına_yerləşdirilib
APA-nın hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyevə istinadən verdiyi məlumata görə , hüquq müdafiəçisi Oqtay Gülalıyevi aparan ambulans təyyarə İstanbula çatıb və artıq  Avrasiya Xəstəxanasına yerləşdirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 06, 2019 13:41 Asia/Baku
  • Oqtay Gülalıyev İstanbul Avrasiya Xəstəxanasına yerləşdirilib

APA-nın hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyevə istinadən verdiyi məlumata görə , hüquq müdafiəçisi Oqtay Gülalıyevi aparan ambulans təyyarə İstanbula çatıb və artıq  Avrasiya Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, hökumətə qarşı tənqidləri və siyasi məhbusları müdafiəsi ilə tanınan Oqtay Gülalıyev oktyabrın 29-u Bakı küçələrindən birində  yolu keçən zaman taksi tərəfindən vurulub. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyev üzərində cərrahiyyə əməliyyatı keçirilib.Onun müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilib.

Koma vəziyyətində olan Oqtay Gülalıyevin müalicəsini Heydər Əliyev Fondu  üzərinə götürüb, onun Türkiyəyə aparılması üçün xüsusi ambulans təyyarə ayrılıb.