Azərbaycanda dizel bahalşa bilər
-
Azərbaycanda dizel bahalşa bilər
Azərbaycan Respublikasında maye qazdan sonra dizel yanacağının bahalşması gözlənilir
Noyabrın 8-dən maye qazın qiymətinin bahalaşdığı bildirilir.“Hazırda “Azpetrol”un bütün yanacaqdoldurma məntəqələrində maye qazın satış qiyməti 65 qəpikdir”, deyə şirkətdən də qeyd ediblər.
İqtisadçı Natiq Cəfərli deyib ki, son üç ayda bu yanacaqla bağlı qıtlıq var idi. Onun vurğulamasına görə, özü də bu, süni yaradılan qıtlığa bənzəyirdi.
Cəfərli hesab edir ki, yanacaq bahalaşması bununla yekunlaşmayacaq:“Dizel yanacağının bahalşması ilə bağlı informasiya təməli hazırlanır. Bir müddətdir ki, belə bir kampaniya aparılır ki, Azərbaycanda bir sıra ölkələrlə müqayiəsədə dizel yanacağı çox ucuzdur. Növbəti addım kimi də bu ilin sonuna kimi dizel bahalaşmasının şahidi ola bilərik...”