Zakir Həsənov: Yüksək nailiyyətlər əldə olunub
https://azeri.sahartv.ir/news/azərbaycan-i352042-zakir_həsənov_yüksək_nailiyyətlər_əldə_olunub
Azərbaycan Respublikasının müdafiə naziri bildirib ki, rəhbərlik etdiyi ordu sürətlə inkişaf edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 11, 2019 04:03 Asia/Baku
  • Zakir Həsənov: Yüksək nailiyyətlər əldə olunub
    Zakir Həsənov: Yüksək nailiyyətlər əldə olunub

Azərbaycan Respublikasının müdafiə naziri bildirib ki, rəhbərlik etdiyi ordu sürətlə inkişaf edir.

General-polkovnik Zakir Həsənov Dövlət Bayrağı Günü münasibətilə keçirilən andiçmə mərasimində bildirib ki, hər bir Azərbaycan əsgəri döyüş hazırlığını daim artırmalı, nümunəvi və nizam-intizamlı olmalı, sərəncamındakı ən müasir silah və hərbi texnikanı bacarıqla tətbiq etməyə qadir olmalı, işğalçılara qarşı döyüşlərdə mərdlik və fədakarlıq göstərməyə hər an hazır olmalıdır.

Müdafiə naziriqeyd edib ki, Azərbaycan Ordusunun gücü məhz şəxsi heyətin vətənpərvərliyində, döyüş əzmi və ruh yüksəkliyində, yüksək nizam-intizamında və peşəkarlığındadır.