Azərbaycan parlament seçkilərində ilkin nəticələr açıqlanıb
-
Azərbaycan parlament seçkilərində ilkin nəticələr açıqlanıb
Azərbaycan respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov növbədənkənar parlament seçkiləri ilə bağlı bu gün, fevralın 10-da keçirilən mətbuat konfransında ilkin nəticələri açıqlayıb.
MSK sədri bildirib ki, 5573 seçki məntəqəsinin (125 dairə) 87 faizindən, yəni 118 seçki dairəsinin 4823 seçki məntəqəsindən onlara protokollar daxil olub.
İlkin nəticələrə əsasən, seçki dairələri üzrə lider namizədlərdən 64-ü hakim Yeni Azərbaycan Partiyasındandır .
Erkən parlament seçkisində yerli müşahidəçilər, müstəqil namizədlər çoxsaylı pozuntuların baş verdiyini deyir. MSK sədri komissiyaya hansısa şikayət daxil olmadığını, olarsa, araşdırılacağını deyib.
Milli Məclisə seçkilərlə bağlı hadisələrin gedişini bu bloqumuzda izləyə bilərsiniz.