Prezident Əliyev: Xalqı narazı olsa, öz səsini ucaldar
Fev 12, 2020 05:02 Asia/Baku
-
Prezident Əliyev: Xalqı narazı olsa, öz səsini ucaldar
Azərbaycan Respublikası prezidenti İlham Əliyev Azərbaycanda keçirilən 9 ferval erkən parlament seçkiləri barədə deyib: "Əgər Azərbaycan xalqı bu seçkilərin keçirilməsindən narazı olsa, öz səsini ucaldardı".
Bazar ertəsi günü Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edən İlham Əliyev deyib ki, Azərbaycanda "tam demokratik ab-hava" var.
Prezident əlavə edib ki, əgər namizədlər seçki kampaniyası ərzində fəal və mübariz olublarsa, seçkidən narazı olsalar "öz səslərini ucaldardılar".