Azərbaycan Respublikası prezidenti Tehrana səfər edəcək
https://azeri.sahartv.ir/news/azərbaycan-i357597-azərbaycan_respublikası_prezidenti_tehrana_səfər_edəcək
İranın Bakıdakı səfiri Azərbaycan Respublikası prezidentinin qarşıdakı günlərdə Tehrana səfər edəcəyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 12, 2020 14:53 Asia/Baku
  • Azərbaycan Respublikası prezidenti Tehrana səfər edəcək
    Azərbaycan Respublikası prezidenti Tehrana səfər edəcək

İranın Bakıdakı səfiri Azərbaycan Respublikası prezidentinin qarşıdakı günlərdə Tehrana səfər edəcəyini bildirib.

Cavad Cahangirzadə Bakıda keçirilən İran İslam İnqilabı qələbəsinin 41-ci ildönümü mərasimində deyib ki, Azərbaycan Respublikası prezidenti İlham Əliyev İran İslam Respublikası perzidenti Həsən Ruhaninin oktyabrın 24-də Bakıya olmuş səfərinə cavab olaraq, qarşıdakı günlərdə Tehrana səfər edəcək.

İran və Azərbaycan Respublikası siyasi, iqtisadi və mədəni əlaqələrin gücləndirilməsi istiqamətində müxtəlif sahələrdə 150-dən çox ikitərəfli əməkdaşlıq sənədi imzalayıblar və regionda sülh və sabitliyin bərqərarı üçün də eyni və vahid mövqeyə malikdirlər.

İki ölkə narkotik maddələr qaçaqmalçılığı, mütəşəkkil cinayətlər və terrorizm ilə mübarizədə də bir-biri ilə yaxın əməkdaşlığa malikdir.