Dağlıq Qarabağda iki erməni əsgər ölüb
Fev 12, 2020 17:02 Asia/Baku
-
Dağlıq Qarabağda iki erməni əsgər ölüb
Dağlıq Qarabağda iki erməni əsgər ölüb.
"Armenpress"-in verdiyi xəbərə görə, 2000-ci il təvəllüdlü əsgər Tiqran Manvelyan fevralın 12-də, saat 11:30 radələrində qeyri-müəyyən şəraitdə aldığı güllə yarasından ölüb.
Bundan başqa, digər hərbi hissədə Tiqran Mikoyan adlı əsgərin naməlum şəraitdə aldığı güllə yarasından öldüyü barədə məlumat verilib.