Bakıda Həzrəti Zəhranın (s.ə) mövluduna həsr edilmiş tədbir keçirilib
-
Bakıda Həzrəti Zəhranın (s.ə) mövluduna həsr edilmiş tədbir keçirilib
Azərbaycan İslam Partiyasının Qadınlar Şurasının təşklatçılığı ilə Həzrət Fatimeyi-Zəhranın (s.ə) mövluduna həsr edilmiş bayram tədbiri keçirilib.
Tədbirdə AİP-in sədr əvəzi, ilahiyyatçı alim Hacı İlham Əliyevə çıxış edib . O, Fatimeyi-Zəhranın (s.ə) mövlüdü münasibətiylə bütün müsəlman xanımları təbrik edib.
O bildirib ki, günümüzdə Azərbaycan cəmiyyətinin və ailə başçılarının belə bir nümünəvi şəxsiyyətin örnəyinə böyük ehtiyacı var: “Xanım Fatimeyi-Zəhra (s.ə) cəmiyyət üçün İmam Həsən (ə), İmam Hüseyn (ə), Xanım Zeynəb kimi övladlar böyüdüb təqdim edib. Bunun səbəbləri ailədə xanım öz həyat yoldaşına olan münasibətdən irəli gəlir. İmam Əli (ə) buyururdu ki, mənim evimə daxil olan gündən dünyasını dəyişinə qədər Fatimeyi-Zəhra (s.ə) məni əsəbləşdirmədi."
Tədbirin sonunda Xanım Fatimeyi-Zəhranın (s.ə) mövlüdü münasibəti ilə xanımlara hədiyyələr təqdim olundu.