Azərbaycan R-da hakim partiya ilə müxalif partiyalardan üç nəfər həbs olunub
-
Azərbaycan R-da hakim partiya ilə müxalif partiyalardan üç nəfər həbs olunub
Azərbaycan Respublikası polisi bazar günü müxalif partiya və qruplardan üç nəfəri və yüzdən çox siyasi fəalı həbs edib.
Azərbaycan Respublikası polisinin müxalif partiyalardan üç nəfəri həbs etməsi elə bir halda baş veribdir ki, bu şəxslər ötənhəftəki parlament seçkilərinin nəticələrinə qarşı aksiyada iştirak etməli idilər. Qeyd edək ki, beynəlxalq nəzarətçilər bu seçkilərin düzgünlüyünə tərəddüd edirlər.
Bazargünkü aksiya başlanmazdan öncə polis müxalif hərəkatın sədrini, müsavat partiyasının liderini və müxalif respublikaçı partiyanın rəhbərini həbs etdi. Bu üç şəxsin heç biri ötən həftə keçirilən parlament seçkilərində yer qazana bilməmişdi.
Müşahidəçilər bildiriblər ki, onlarla xüsusi təyinatlı polis qüvvəsi aksiyanın keçirilməsi nəzərdə tutulan seçki komissiyası binasının ətrafında yerləşərək, aksiyada iştirak etmək istəyənləri birbəbir həbs edirdi.
Polis rəsmiləri bu həbslər barədə fikir bildirməkdən çəkiniblər.
Mərkəzi Seçki Komissiyasının nəticələrinə əsasən, hakim Yeni Azərbaycan Partiyası ötən bazar günü parlamentin 125 yerindən 72-ni əldə etdi. Digər yerləri kiçik partiyalar və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə vəfalı müstəqil partiyalar əldə ediblər.