Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin sosial müdafiəsi gücləndiriləcək
-
Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin sosial müdafiəsi gücləndiriləcək
Azərbaycan respublikası prezidenti İlham Əliyev martın 18-də yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, COVID-19 infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əmək haqlarına aylıq vəzifə (tarif) maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilir.
Nazirlər Kabineti bu sərəncamla müəyyənləşən müddətli əlavənin şamil olunacağı tibb işçilərinin əhatə dairəsini, əlavənin ödənilmə müddətini və işin xüsusiyyətindən asılı olaraq miqdarını müəyyən etməlidir. Habelə, Nazirlər Kabinetinə COVID-19 infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərini də müəyyən etmək tapşırılıb.
AR-DA COVID-10-LA MÜBARİZƏ EDƏN TİBB İŞÇİLƏRİNƏ DƏSTƏK