May 19, 2020 23:29 Asia/Baku
  • Avropa Xalq Partiyası  “Şərq Tərəfdaşlığı” ölkələrini o sıradan Azərbaycan və Ermənistan arasında əməkdaşlıqlara çağırıb

Avropa Parlamentində ən böyük siyasi blok olan Avropa Xalq Partiyası Avropa İttifaqı (Aİ) və “Şərq Tərəfdaşlığı” ölkələri (Ukrayna, Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova və Belarus) arasında daha nəzərəçarpan əməkdaşlıq üçün çağırış edib.

SaharAzeri APA-ya istinadla bildirir ki, bu barədə Avropa Xalq Partiyası açıqlama yayıb. 

Bildirilib ki, gələn ay keçiriləcək "Şərq Tərəfdaşlığı" sammitində Aİ və onun Şərq qonşuları, eyni zamanda altı ölkənin özlərinin arasında aydın və uzunmüddətli bir strategiya qəbul olunmalıdır: “Biz Ukrayna, Gürcüstan, Moldova, Ermənistan, Azərbaycan və Belarusa konkret kömək göstərərək, əməkdaşlığın detallı və təşviqedici gündəliyini hazırlamağa çağırırıq”.

Ermənistan və Azərbaycan Respublikası arasında Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasına heç bir işarə olunmadan qeyd olunub ki, Aİ siyasətinin məqsədi yenə də münasibətləri beynəlxalq hüquqa və fundamental dəyərlərə uyğun olaraq dərinləşdirmək, sabitliyi artırmaq və bütün bölgənin çiçəklənməsidir.

“Bu hədəfdə güzəştə getmədən Aİ rouminqsiz pulsuz zonanın yaradılmasını, yerli valyutalarda verilən kreditləri artırmaqla iqtisadiyyatın şaxələndirilməsinə dəstək və ya infrastrukturun inkişafına kömək kimi məsələləri təşviq etməlidir. Bu təşviqləri işlək hala gətirmək üçün tərəfdaş ölkələr birlikdə işə başlamalıdırlar”, - açıqlamada qeyd olunub.

Açıqlamada Dağlıq Qarabağ münaqişəsinin həll olunmmasının cənubi qafqaz ölkələri arasındakı əməkdaşlıqlara ağır kölgə salması faktı gözardına vurularaq deyilir: "Demokratik dünyanın üzləşdiyi indiki çətinliklərdən heç biri ayrı-ayrı ölkələr tərəfindən səmərəli şəkildə həll edilə bilməz. Hazırda əməkdaşlıq əsasdır. Region daxili ticarətin artması, rouminq qiymətlərinin azalması və ya ləğvi, enerji və nəqliyyat kimi sahələrdə ortaq layihələr hamıya fayda gətirəcək." 

Açıqlamanın sonunda Şərq Tərəfdaşlığı ölkələri öz daxillərində islahatlar aparmağa çağırılıblar. 

Məlumatda bildirilir ki, Qeyd edək ki, mayın 19-da Avropa Parlamentinin Xarici İşlər Komitəsində “Şərq Tərəfdaşlığı” ilə bağlı müzakirələr keçirilib.

Teqlər

Şərhlər