Azərbaycanda daha 547 nəfər kornavirusa yoluxub
Azərbaycanda koronavirus infeksiyasına daha 547 yeni yoluxma faktı qeydə alınıb.
SəhərAzəri AZƏRTAC-a istinadla xəbər verir ki, bu gün Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 min 274 test aparılıb, nəticədə koronavirus infeksiyasına daha 547 yoluxma faktı qeydə alınıb, 291 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış altı nəfər vəfat edib.
Hazırkı dövrədək Azərbaycanda 14 min 852 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 8 min 59 nəfər müalicə olunaraq sağalıb, 180 nəfər vəfat edib. Aktiv xəstə sayı 6 min 613 nəfərdir. Xəstələrdən 174 nəfəri reanimasiyadadır ki, onlardan da 32-si süni tənəffüs cihazına qoşulub.