Azərbaycan Respublikasında xüsusi karantin rejimi daha 15 gün uzadıldı, metro...
https://azeri.sahartv.ir/news/azərbaycan-i364028-azərbaycan_respublikasında_xüsusi_karantin_rejimi_daha_15_gün_uzadıldı_metro...
2020-ci il 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 02, 2020 15:39 Asia/Baku
  • Azərbaycan Respublikasında xüsusi karantin rejimi daha 15 gün uzadıldı, metro...

2020-ci il 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.

SaharAzeri Sputnik-a istinadla xəbər verir. Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən son günlər Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarında yüksək yoluxma faktları aşkar edilib. 

Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi  2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır.