Dağıstandan daha 250 Azərbaycan vətəndaşı gətirilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i364331-dağıstandan_daha_250_azərbaycan_vətəndaşı_gətirilib
Çərşənbə axşamı Kullar qəsəbəsində çadır düşərgəsində Vətənə qayıtmağı gözləyən daha 250 vətəndaş Dağıstandan Azərbaycana gətirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 08, 2020 17:53 Asia/Baku
  • Dağıstandan daha 250 Azərbaycan vətəndaşı gətirilib

Çərşənbə axşamı Kullar qəsəbəsində çadır düşərgəsində Vətənə qayıtmağı gözləyən daha 250 vətəndaş Dağıstandan Azərbaycana gətirilib.

SaharAzeri Turana istinadla xəbər verir,Azərbaycan vətəndaşları avtobuslarla “Samur” buraxılış məntəqəsindən keçirilərək gətirilib və Qusar rayonunda FHN-in karantin məntəqəsinə yerləşdirilib.

KİV-lərin məlumatına görə, karantin məntəqəsində çadırlarda eyni zamanda 1200 nəfərin yerləşdirilməsi üçün şərait yaradılıb.

Dağıstanın Dərbənd rayonunun başçısı səlahiyyətlərini icra edən Fuad Şıxıyevin sözlərinə görə, 250 nəfər getdikdən sonra Kullar kəndi yaxınlığındakı çadır düşərgəsində hələ 500-dən çox Azərbaycan vətəndaşı qalıb. “Onların qaytarılması üzrə iş davam etdirilir, yaxın gələcəkdə daha bir qrupun göndərilməsi gözlənilir”, deyə TASS agentliyi Şıxıyevdən sitat gətirir.

koronavirus pandemiyasının yayılmasının ilk günlərindən Azərbaycan Respublikasına keçə bilməyən bu ölkənin Rusiyadakı vətəndaşları son həftlələr ərzində sərhəddi keçmək imkanı əldə ediblər ancaq Azərbaycana həftədə sadəcə bir gün, çərşənbə axşamı günləri göndərilirlər.