İyul 11, 2020 08:00 Asia/Baku
  • Azərbaycanın XİN Konsulluq İdarəsinin sədri həbs edilib

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti cümə günü bir məlumat yayaraq, bu ölkənin Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin sədri Faiq Bağırovun həbs edilməsindən xəbər verib.

SəhərAzəri İRNA-ya istinadla xəbər verir, Bağırov Konsulluq məsələləri və sənədlərin təsdiqi şöbəsinin üçüncü katibi İlqar Əliyev və Konsulluq hüquq şöbəsinin müdiri Nurupaşa Abdullayev vasitəsilə rüşvət alaraq, xarici vətəndaşlara viza verirmiş.

Bağırovla yanaşı Konsulluq İdarəsinin bir neçə əməkdaşı da rüşvətxorluq ittihamı ilə həbs edilib.

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti neçə gün əvvəl bir məruzədə, bu ölkənin Xarici İşlər Nazirliyinin üç yüksək vəzifəli rəsmisi, o cümlədən İşlər İdarəsinin sədri və Tender Komissiyasının müdiri Fərhad Mollazadə, İşlər İdarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq İdarəsinin sədri və konsulluq-hüquq şöbəsinin müdiri Nurupaşa Abdullayevin korrupsiya, mənimsəmə və rüşvətxorluq ittihamları ilə həbs edildiyindən xəbər verib.

Teqlər

Şərhlər