Ermənistanın işğalçılıq siyasəti davam edir
Qubadlının işğalından 27 il ötür
Avq 30, 2020 11:35 Asia/Baku
Sabah, Azərbaycan Respublikasının Qubadlı rayonunun işğalının 27-ci ildönümü günüdür.
Səhər Azəri bildirir ki, Azərbaycan Respublikasının Qubadlı rayonu 1993-cü ilin 31 avqustunda işğal olunub.
Rayonun işğalından 27 il ötür. 27 ildir ki, bu diyarın 30 min əhalisi məcburi köçkün həyatı yaşayır.
1993-cü il avqustun 30-da Gorusdan hücum edən Ermənistan qoşunları Yazı düzündə müqavimətlə qarşılaşsa da, Laçından maneəsiz keçib, Muradxanlı kəndinə daxil olur.
1993-cü il avqustun 31-də hərtərəfli mühasirəyə düşmüş Qubadlının geri çəkilməkdən başqa çarəsi qalmır və rayon camaatı avqustun 31-i rayonu tərk etmək məcburiyyətində qalır...
Rayonun müdafiəsi zamanı 283 könüllü həlak olub, 146 nəfər əlil qalıb.
Teqlər