Hikmət Hacıyev: "Ümid edirəm ki, Paşinyan və ətrafının sonu müharibə cinayətləri tribunalında olacaq"
Okt 12, 2020 21:15 Asia/Baku
"Nikol Paşinyan və David Tonoyanın Gəncədəki mülki şəxslərə qarşı hərbi cinayətləri və Mingəçevirdəki enerji infrastruktruna qarşı hücumları beynəlxalq ictimaiyyətə təqdim olundu".
SəhərAzəri Baki mediyalarina istinadən xəbər verir, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında yazıb.
O qeyd edib ki, artıq Ermənistan tərəfindən inkar edilə bilməz: "Ümid edirəm ki, Paşinyan və ətrafının sonu müharibə cinayətləri tribunalında olacaq".