Okt 14, 2020 11:49 Asia/Baku
  • MN: Azərbaycanın mülki əhalisini hədəfə almış legitim hərbi hədəflər zərərsizləşdirilib

Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Mülki insanların təhlükəsizliyini təmin etmək məqsədilə legitim hərbi hədəf kimi start vəziyyətində olan raketlər qabaqlayıcı dəqiq zərbə ilə sıradan çıxarılmışdır.

SəhərAzəri Baki mediyalarina istinadən xəbər verir, Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata əsasən, Oktyabrın 14-də saat 01:00 radələrində Ermənistan Respublikası tərəfindən  Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ilə yaxın sərhəd zonasında bir neçə əməliyyat-taktiki ballistik raket kompleksinin start mövqeyində yerləşdirilməsi müşahidə olunub.

Bu ərazidəki raket kompleksləri Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərlərindəki dinc əhali və infrastruktura doğru hədəflənib.

Oktyabrın 11-də Ermənistan tərəfindən Gəncə şəhərində törədilmiş hərbi cinayətə bənzər növbəti hadisənin təkrarlanmaması və raket hücumunun qarşısının alınması məqsədlilə Azərbaycan Ordusu tərəfindən qabaqlayıcı tədbirlər görülüb. Nəticədə atəş üçün hazırlıq vəziyyətinə gətirilən əməliyyat-taktiki raket kompleksləri legitim hərbi hədəf kimi Azərbaycan Ordusu tərəfindən zərərsizləşdirilib.

Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rejiminin üzərinə düşür.

 

Teqlər