Noy 24, 2020 13:24 Asia/Baku
  • Bayramov BMT Baş katibi ilə telefonla danışıb

Azərbaycan Respublikasının xarici işlər naziri və BMT Baş katibi arasında telefon danışığı baş tutub.

SəhərAzəri xəbər verir, BMT Baş Katibinin mətbuat katibi Stefan Düjarrik bildirib ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və BMT Baş katibi Antonio Quterreş arasında telefon danışığı baş tutub.

BMT Baş katibi Antonio Quterreş BMT-nin Azərbaycana humanitar yardım göstərməyə hazır olduğunu vurğulayaraq deyib: "Ümid edirik ki, hərbi əməliyyatların dayandırılması humanitar işçilərin bütün ehtiyacı olan insanlara və münaqişədən təsirlənən bütün bölgələrə çıxışını təmin edəcəkdir". 

Teqlər