Qərb Qarabağın dini məkanları barədə fikir bildirməsin
Azərbaycan Respublikasının prezidenti deyib ki, Qərb ölkələri başçılarının Qarabağın dini məkanlar barədə narahatlıq ifadə etməyə haqları yoxdur.
SəhərAzəri xəbər verir, İlham Əliyev son zamanlar Azərbaycan Respublikasının nəzarətinə keçmiş Ağdam rayonuna səfəri zamanı rayonun dağıdılmış məscidi qarşısında deyib: Dağlıq Qarabağda müharibə bitdikdən sonra bəzi Qərb ölkələri başçılarından bir qrupu bu torpaqlardakı xristian dini məkanları ilə bağlı narahatlıq ifadə edir.
Azərbaycan Respublikasının prezidenti söyləyib: Heç kim bu barədə narahat olmamalıdır, xüsusən Qərb ölkələrinin liderləri, İslamofobiya hisslərini təhrik edənlər, İslam müqəddəslərinə edilən hörmətsizliyi görməməzliyə vuranlar və hətta bu müqəddəslərə hörmətsizlik edənləri haqlı hesab edənlər.
Əliyev deyib: Onların bu haqda bəhs etməyə haqları yoxdur. Azərbaycan Respublikası boyu mövcud olan bütün dini məkanlar bizim tarixi sərvətimizdir.
O, Azərbaycan Respublikası hökumətinin ölkədəki bütün dini məkanların qorunmasına xüsusi diqqət yetirdiyini bildirərək, deyib: Bizi kim tənqid edə bilər; məscidləri bağlayanlar və ya kəsilmiş donuz başını müsəlmanların məscidlərinə atanlar?
Əliyev ermənilərin işğaldan azad edilmiş Zəngilan və Cəbrayıl rayonlarının məscidlərində də donuz saxladıqlarına işarə edərək vurğulayıb: Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli vəzifəsinə malik olan Minsk qrupuna üzv ölkələr də daxil olmaqla bəzi ölkələrin səfirləri bir neçə il əvvəl bu məscidlərdə olublar, amma niyə bu məsələni qaldırmayıblar? Nə üçün bu vəziyyət Qərb ölkələrini narahat etməyibdir?
Əliyev deyib: Bu o deməkdir ki, onlar müsəlmanların məscidlərini təhqir etməyi, öküz və donuzları bu yerlərdə saxlamağı və məscidləri dağıtmağı səhv hesab etmirlər. Əgər belədirsə, fikirlərini açıq şəkildə bildirməli, ölkələrinin problemlərini həll etməklə məşğul olmalı və bizim işimizə qarışmamalıdırlar.