Azərbaycan Respublikasının Hirkan Milli Parkında yanğın söndürülüb
Azərbaycan Respublikasının Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğın söndürülüb.
SəhərAzəri Baki xəbər agentliklərinə istinadən xəbər verir, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva bildirib ki, Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğın söndürülüb.
O deyib ki, ilkin məlumatlara görə, 100 ha ərazidə quru ağac və kol-kos yanıb.
O bildirib ki, dünən yanğınsöndürmə əməliyyatına Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən 44 nəfər şəxsi heyət, iki texnika, Mülki Müdafiə Qoşunlarından 28 nəfər şəxsi heyət, iki texnika, Xüsusi Riskli Xilasetmə Xidmətindən 31 nəfər şəxsi heyət, iki texnika, Cənub Regional Mərkəzindən 18 nəfər şəxsi heyət, iki texnika, eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 15 nəfər əməkdaşı cəlb olunub.