Etiraz edən şəhid anaları nazirlikdə qəbul edildi
Yan 25, 2021 17:57 Asia/Baku
Övladlarının Şəhidlər Xiyabanında dəfn edilməməsinə görə etiraz aksiyası keçirən azərbaycanlı şəhid anaları Müdafiə Nazirliyində qəbul edilib.
SəhərAzəri Dəyərlərə istinadən xəbər verir ki , Az. R Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı deyib:
“Bu gün şəhid ailələrinin üzvləri Müdafiə Nazirliyində qəbul olunub və müraciətləri dinlənilib”,
Qeyd edək ki, bir neçə saat əvvəl Az. R. Dövlət Təhlükəsizlik Xidmətinin qarşısında bir neçə şəhid anası yolu bağlayaraq, etiraz aksiyası keçirib. Onlar müharibə zamanı şəhid olmuş övladlarının Şəhidlər Xiyabanında dəfn olunmamasından şikayət ediblər.