Lissabonda
Azərbaycan Respublikası karateçiləri 2 medal qazanıblar
May 03, 2021 13:07 Asia/Baku
Azərbaycan Respublikasının Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Karate1 Premyer Liqa turnirinə qatılan komandası iki medal qazanıb.
SəhərAzəri-nin məlumatına əsasən, rəqabətlərdə Azərbaycan Respublikasını təmsil edən Asiman Qurbanlı (84 kiloqramdan yuxarı) qızıl medal uğrunda Gürcüstan idmançısı Qoqita Arkaniaya məğlub olaraq gümüş medalla kifayətlənib.
Heyətində Rövşən Əliyev, Tural Balcanlı, İsmayıl Quliyevin yer aldığı Azərbaycan Respublikasının kata komandası isə bürünc medal uğrunda Misir yığmasına qalib gələrək üçüncü yeri tutub.
Sözü gedən turner idmançılara Tokio Olimpiadasında iştirak etmək üçün xüsusi reytinq xalları da qazandırıb.
Bu yarışlarda Azərbaycanı 15 idmançı təmsil edib.