İyun 02, 2021 13:18 Asia/Baku
  • Avropanın “hərbi əsir”-lərinin işi üzrə ilkin istintq yekunlaşıb

Üçtərəfli bəyanatın imzalanmasından sonra Azərbaycan Respublikası ərazilərinə daxil olan erməni silahlı dəstələrinin üzvlərinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

SəhərAzəri-nin məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğunun və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətlərinin birgə məlumatında deyilir.

Qeyd olunur ki, 10 noyabr 2020-ci ildə tarixdə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatla atəşkəsin elan olunmasından sonra Azərbaycan Respublikasının ərazisinə qanunsuz olaraq gizli yollarla keçib Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə mövqe tutaraq Azərbaycan Respublikası hərbi qulluqçularına və mülki şəxslərə qarşı terror-təxribat və digər cinayət əməlləri törədən erməni silahlı dəstələrinin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş anti-terror əməliyyatı nəticəsində tərksilah edilmiş üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşmışdır.

Məlumatda deyilir ki, qanunsuz silahlı birləşmənin üzvləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ayrı-ayrı maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikası Baş Prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir.

Teqlər