Bayramovdan Ermənistandakı seçkilərə münasibət
"Ermənistan rəhbərliyi böhrandan çıxış yolunu tapmalıdır"
Azərbaycanın XİN başçısı seçkilərin nəticəsi olaraq Ermənistan rəhbərliyinin böhrandan çıxış yolu tapacağını bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Ceyhun Bayramov Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstan baş nazirinin müavini - xarici işlər naziri ilə görüşdən sonra deyib: "Ermənistanda dərin siyasi böhran yaranmışdı. Bunun məntiqi nəticəsi olaraq orada növbədənkənar parlament seçkiləri keçirilib və yeni hökumətin formalaşması gözlənilir. Hesab edirik ki, bu proseslərin nəticəsi olaraq Ermənistan siyasi rəhbərliyi həmin böhranın real nəticələrini düzgün başa düşəcək və düzgün nəticələr çıxaracaq."
O bildirib ki, Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanmış üçtərəfli bəyantların şərtlərinin yerinə yetirilməsi üçün geniş iş görülsə də, bu sahədə bəzi ləngimələr müşahidə olunub: “Bunun əsas səbəbləri Ermənistanda müşahidə olunan siyasi böhran idi”.