İyul 09, 2021 10:48 Asia/Baku
  • Yeni fərmanla Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılır

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" Fərmanla Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb.

SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycanda iqtisadi rayonların yeni bölgüsü aparılıb və onların sayı 11-dən 14-ə çatdırılıb. Bu barədə ölkə başçısı İlham Əliyev fərman verib. Yeni bölgüyə əsasən Yuxarı Qarabağ iqtisadi rayonu ləğv olunub və Qarabağ iqtisadi rayonu yaradılıb. Xankəndi də həmin iqtisadi rayona daxil edilib. Oraya Xankəndi şəhəri ilə yanaşı Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları daxildir.

Burada ən çox diqqət çəkən məsələ Qarabağ İqtisadi Royunu ilə yanaşı “Şərqi Zəngəzur” termininin Azərbaycanın hüquqi leksikonuna daxil edilməsidir.

Ölkə başçısının yeni qərarından məmnunluq ifadə edən siyasi analitik Elməddin Behbud feysbuk üzərindən etdiyi paylaşımında yazır ki, Azərbaycan Zəngəzurla bağlı 

iddialarını siyasi müstəvidən hüquqi müstəviyə keçirir. Bir ərazinin Şərqi varsa, demək Qərbi də var. İkincisi, Azərbaycanın regionun konfiquriyasını dəyişəcək, hazırda inşa olunan yeni nəqliyyat şəbəkəsinin məsafəcə qısa, ancaq siyasi və iqtisadi cəhətdən böyük əhəmiyyəti olan hissəsi - Zəngəzur dəhlizi ilə bağlı israrının davam etdiyini göstərir. Üçüncüsü, İlham Əliyevin ölkə Konstitusiyasını rəhbər tutaraq Xankəndi, Xocalı və Xocavəndin də daxil olduğu Qarabağ iqtisadi rayonu yaratması Azərbaycanın Konstitusiya quruluşunun addım-addım bərpa olunacağının mesajıdır.

 

Teqlər