İyul 12, 2021 11:09 Asia/Baku
  • Tovuz döyüşlərindən bir il ötür

Bu gün general-mayor Polad Həşimov və daha 11 hərbçinin şəhid olduğu Tovuz döyüşlərindən bir il ötür.

SəhərAzəri-nin məlumatına əsasən,2020-ci il iyulun 12-də Ermənistanın silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində iriçaplı pulemyotlardan, snayper tüfənglərindən, minaatanlardan və digər artilleriya qurğularından istifadə etməklə Azərbaycan mövqelərini atəşə tutub.

Bir neçə gün davam edən döyüşlərdə general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, müddətdən artıq hərbi xidmət qulluqçuları - əsgər Elçin Mustafazadə, çavuş Vüqar Sadıqov, əsgər Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov şəhid olub.

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə general-mayor Polad Həşimova və Polkovnik  İlqar Mirzəyevə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.Bu il aprelin 28-də isəİran İslam Respublikasının Azərbaycandakı səlahiyyətli səfiri və Həzrət Ayətullahül-üzma Seyid Əli Xameneinin Bakıdakı rəsmi nümayəndəsi Seyyid Əli Əkbər Ocaqnejad general Polad Həşimovun ailəsini ziyarət edib, şəhidin ailəsi ilə görüş zamanı general şəhid Qasim Süleymani adına olan lövhə və medal şəhid Polad Həşimovun xanımına və övladlarına təqdim olunub.Allah rəhmət eləsin!

Teqlər