İyul 13, 2021 11:39 Asia/Baku
  • ABŞ səfiri Şuşa səfərindən niyə imtina etdi?

ABŞ-ın Bakıdakı səfirliyi Şuşa səfəri ilə bağlı izahat versə də, açıqlama ictimaiyyəti qane etmir.

SəhərAzəri-nin məlumatına əsasən, ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin Bakıdakı səfirlərinin diplomatik korpusun tərkibində Füzuli və Şuşaya səfər etməməsi etirazlara səbəb olub.

ABŞ-ın Azərbaycan Respublikasındakı səfirliyi Yeni Müsavat qəzetinin bu istiqamətdə sualına cavab olaraq bildirib: "Səfirin cədvəli və ya onun müəyyən tədbirlərə qatıla bilməməsinin səbəbləri ilə əlaqədar təfərrüatı şərh etmirik. Qeyd etmək istəyərdik ki, Bakıda cümə günü Füzuli və Şuşaya gedə bilməyən bir sıra diplomatik missiya nümayəndələri var idi".

 

Teqlər