Azərbaycan Respublikası MN:
Naxçıvan istiqamətində atəşkəs pozulub; müdafiə naziri müşavirə keçirib
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi veb səhifəsində yayılan məlumata görə avqustun 2-si gecə yarısı Naxçıvan istiqamətində Ermənistan tərəfindən atəşkəs pozulub.
SəhərAzəri-nin məlumatına əsasən, Məlumatda deyilir: Avqustun 2-si saat 03:27 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Məlumatda Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki olmadığı bildirilib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vediyi başqa məlumata görə isə , Avqustun 2-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmələrin komandirləri, o cümlədən digər məsul zabitlər də cəlb olunub.
Ali baş komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdıran Müdafiə naziri Ermənistan silahlı qüvvələri tərəfindən törədilə biləcək istənilən təxribata hazır olmağı və onların qarşısının dərhal alınmasını əmr edib.