Avq 18, 2021 11:45 Asia/Baku
  • Azərbaycanlı sülhməramlılar tezliklə geri çağırılsın!

Əfqanıstanda yeni rejimin qurulması ilə azərbaycanlı hərbçilərin bu ölkədən geri çağırılmasına dair ictimai tələblər artmaqdadır.

SəhərAzəri-nin məlumatına əsasən, Taliban silahlılarının Əfqanıstan paytaxtı Kabili ələ keçirməsindən sonra Azərbaycanın oradakı hərbi kontingentinin tez bir zamanda bu ölkədən çıxarılması tələb olunur. Belə ki, social media istifadəçilərinin qənaətincə Əfqanıstanda gözlənilməz hadisələrin baş verdiyi təqdirdə azərbaycanlı hərbçilərin həyatına ciddi təhlükə yaranacaqdır. O da qeyd olunur ki, ABŞ-ın İstəyi əsasında Əfqanıstana hərbi qüvvənin göndərilməsi əvəzində amerikalılar nəinki bunun qarşılığını vermədilər, hətta 2022-ci il büdcəsində Azərbaycan  Respublikasını öz hərbi yardımlarından məhrum etmiş və Ermənistanı təchiz etməyi gündəmə gətirmişlər. Bu isə Birləşmiş Ştatlarla ortaqlıq siyasətinin fiaskosudur. Çünki Vaşinqtonun ermənipərəst siyasətində heç cür dəyişiklik olmayıb və Ağ Ev yalnız Xarici Yardımlar haqda 907-ci Düzəlişi müvəqqəti olaraq dayandırıb və indi qoşunların Əfqanıstanı tərk etməsi ilə onu bərpa edəcəyi və Azərbaycana yenidən təzyiq göstərəcəyi istisna olunmur. 

Qeyd edək ki, hazırda Azərbaycan ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə Kabil hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrinin icrasını davam etdirir. Bundan başqa, Azərbaycan NATO-nun Əfqanıstana qeyri-döyüş yüklərini daşıyan təyyarələrinin ölkənin hava məkanından keçməsinə və hava limanından istifadəyə icazə vermişdi.

Bununla əlaqədar ABŞ 2001-ci ildə Şimali Atlantika Alyansı ilə birgə Kabili tutandan sonra NATO qüvvələri tərəfdaş ölkələrə müraciət etdi ki, Əfqanıstana dəstək olsunlar. Və Azərbaycan da ABŞ-ın əməliyyatları çərçivəsində sülhməramlıları Əfqanıstana göndərdi. Ona görə də taliblərin xarici qüvvələrdən qisas almaq istədikləri təqdirdə, ABŞ ilə müttəfiq olan Azərbaycan qüvvələrinin həyatı risk altında qala bilər.  

 

Teqlər