Ermənistan medialarının iddiası : AR qüvvələri rus sülhməramlıların mühasirəsində
https://azeri.sahartv.ir/news/azərbaycan-i380511-ermənistan_medialarının_iddiası_ar_qüvvələri_rus_sülhməramlıların_mühasirəsində
Ermənistan mediaları iddia ediblər ki, bu ölkənin Sünik vilayətinin əsas şose yolunun bir hissəsini bağlamış Azərbaycan Respublikası qüvvələrindən 75 nəfər rus sülhməramlıların mühasirəsinə düşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 27, 2021 10:45 Asia/Baku
  • AR qüvvələri
    AR qüvvələri

Ermənistan mediaları iddia ediblər ki, bu ölkənin Sünik vilayətinin əsas şose yolunun bir hissəsini bağlamış Azərbaycan Respublikası qüvvələrindən 75 nəfər rus sülhməramlıların mühasirəsinə düşüb.

SəhərAzəri-nin verdiyi məlumata görə, Heraparak informasiya agentliyi yazıb ki, rus sülhməramlılar Ermənistanın Sünik vilayətində və onun sərhəd zolaqlarında yerləşiblər. Bununla belə, Azərbaycan Respublikasının qüvvələri bu bölməyə giriblər.

Hazırda Ermənistan, Rusiya və Azərbaycan Respublikası qüvvələrinin nümayəndələri arasında Ermənistanın Sünik vilayətinin əsas şose yolunun bir hissəsinin yenidən açılması üzrə müzakirələr davam edir.

Hal-hazırda Ermənistanın Sünik vilayətində yük maşınları və avtobusların gediş-gəlişi başqa bir yolla həyata keçirilir.

Ermənistanın milli təhlükəsizlik xidməti dünən bildirib ki, Azərbaycan Respublikası qüvvələri Ermənistanın Sünik vilayətində yeləşən Qafan-Gorus şose yolunun «Şornux» hissəsini bağlayıblar.

Az sonra elan olundu ki, Sünik vilayətinin Gorus-Vorutan hissəsi də Azərbaycan Respublikası qüvvələri tərəfindən bağlanıbdır.

Qafan-Gorus şose yolunun bir hissəsi Azərbaycan Respublikası ərazisindən keçir və Azərbaycan Respublikası ərazilərinin azad edilməsindən sonra Bakının razılığı ilə və Ermənistan ərazisində yeni bir şose yolunun inşa olunmasınadək bu şose yolu rus qüvvələrin nəzarəti altında fəaliyyətini davam etdirəcək.