Dövlət məmurlarının şəhidlərə qarşı təhqirləri davam edir +VİDEO
https://azeri.sahartv.ir/news/azərbaycan-i380878-dövlət_məmurlarının_şəhidlərə_qarşı_təhqirləri_davam_edir_vİdeo
Bu gün Oğuz rayonunda şəhid ailələri İcra Hakimiyyəti önündə aksiya keçirib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Sen 08, 2021 10:05 Asia/Baku
  • Dövlət məmurlarının şəhidlərə qarşı təhqirləri davam edir +VİDEO

Bu gün Oğuz rayonunda şəhid ailələri İcra Hakimiyyəti önündə aksiya keçirib.

SəhərAzəri-nin axar.az-a istinadən verdiyi məlumata görə,aksiyaya səbəb şəhidlər xiyabanında şəhid məzarları üzərindən əklil və dövlət bayraqlarının götürülərək zibilliyə atılması olub.

Həmin qərarın məsuliyyəti icra başçısının müavini Etibar Yusifovun üzərinə atılır. E.Yusifov isə şəhid ailələrinin qarşısına çıxmayıb.

Deyilənlərə görə yaxşı polis rolunda çıxış edən İcra başçısı Eyvaz Qurbanov isə şəhid ailələrinə məsələnin həllinə dair söz verib. Bu isə bundan sonra şəhid məzarları üzərindəki əklil və dövlət bayraqlarının zibilliyə atılmayacağı anlamına gəlir.

Şəhid ailələrinin dediklərinə görə, xalq qarşısında heç cür cavabdehlik daşımayan yerli icra orqanlarının başçıları və digər məmurlar indi hətta torpaqları işğaldan azad etmək uğrunda canından keçənərin belə məmurlardan üstün olmadığını nümayiş etdirmək üçün şəhidlər, onların ailələri və qaziləri təhqir etməklə məşğuldurlar.

Oğuzda aksiya keçirən şəhid valideynləri isə hələlik Etibar Yusifovun vəzifədən azad olunmasını tələb edir və bu tələbin reallaşmasınadək  mübarizə aparacaqlarını bildiriblər.