İlham Əliyevin izahatı social media istifadəçilərini qane etməyib
Pandora sənədləri “axilles dabanı”na çevrilir
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Pandora sənədləri ilə bağlı izahatı sosial media istifadəçilərini qane etməyib.
SəhərAzəri-nin məlumatına əsasən, siyasi fəal Həbib Müntəzir öz feysbuk paylaşımında yazır: İlham Əliyev özü və ailəsinin xaricdəki biznes və mülklərini faktlarla sübut edən "Pandora Sənədləri" ilə əlaqədar iddialara cavab verməyə çalışıb:
1. Dövlət başçısı deyir ki, 18 il prezidentlikdən əvvəl sahibkar olub. Xeyr. Prezident olmadan əvvəl deputat idi. Azərbaycan qanunvericiliyinə əsasən prezident, vitse-prezident, nazirlər, deputatlar, icra başçıları, hakimlər sahibkarlıq və ödənişli fəaliyyətlə, o cümlədən kommersiya fəaliyyətilə məşğul ola bilməzlər.
2. İlham Əliyevin ailə üzvlərinin sahib olduğu şirkətlər offşor zonalarda qurulub. Bütün bunlar sənədlərlə, faktlarla öz əksini tapıb. Bu da o deməkdir ki, bu şirkətlər qanunsuz çirkli pulyuma əməliyyatlarında iştirak ediblər və heç də İlham Əliyevin dediyi kimi şəffaf deyillər.
3. Ölkədə azad sahibkarların hüquqları tapdandığı halda, onlara ədalətli şərait yaradılmadığı halda, hər şeyin monopoliya, inhisara alındığı halda, ikili standartlarla prezidentin qohumları və ailə üzvlərinə mənsub şirkətlər, holdinqlər qaz vurub, qazan doldurursa, burada heç bir şəffaflıqdan, qanunauyğunluqdan söhbət gedə bilməz.