Azərbaycan MN:
Kəlbəcərdə atışma gedir
Azərbaycan Respublikası Müdafiə Nazirliyi bir bəyanat yayaraq Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonu istiqamətində Azərbaycan mövqelərinə atəş açdığını bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bəyanatında deyilir: Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 13-ü günorta saatlarından başlayaraq Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan, snayper tüfəngi və qumbaraatanlardan da istifadə etməklə atəşə tutub.
Müdafiə Nazirliyinin bəyanatında sonra deyilir: Azərbaycan Ordusunun bölmələri qarşı tərəfin təxribatının qarşısını almaq üçün adekvat tədbirlər görür, hazırda bu istiqamətdə atışma davam edir.
Müdafiə Nazirliyinin bəyanatında Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki olmadığı bildirilir.