Rusiya Xankəndinə yardımlarını davam etdirir
Dek 07, 2021 14:01 Asia/Baku
Azərbaycan Respublikası ərazisində yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələri erməni sakinlərə yardımlarını davam etdirirlər. Sülhməramlılar Xankəndidə 9 ton yardım paylayıb.
SəhərAzəri-nin məlumatına görə,Rusiya Müdafiə Nazirliyi bildirib ki, Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilmiş Rusiya sülhməramlıları Xankəndidə yaşayan ermənilərə 9 tondan çox humanitar yardım ediblər.
Məlumata görə, humanitar yük Moskva vilayətindəki xeyriyyə təşkilatları tərəfindən toplanaraq Rusiya Müdafiə Nazirliyinin İl-76 hərbi-nəqliyyat təyyarəsi ilə göndərilib.