Dek 13, 2021 15:40 Asia/Baku
  • İlham Əliyev Avropa futbolunu ədalətsizlikdə ittiham etdi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn "Qarabağ" futbol klubunun üzvləri ilə görüşündə Avropanı idmanda belə anti-Azərbaycan mövqeyindən əl çəkməməkdə ittiham edib.

SəhərAzəri-nin məlumatına əsasən, İlham Əliyev deyib:Biz səkkizdəbir oyuna birbaşa çıxa bilərdik, ancaq əfsuslar olsun ki, hakim ədalətsizliyi buna imkan vermədi.

Azərbaycan Respublikası prezidenti bunu hakim səhvi deyil hakim ədalətsizlyi adlandıraraq deyib: Bu, birinci dəfə deyil ki, “Qarabağ” futbol klubu Avropa yarışlarında belə açıq ədalətsizliklə üzləşir. Əvvəlki illərdə də dəfələrlə buna rast gəlmişik. Bu dəfə qrup mərhələsində dəfələrlə buna rast gəlmişik.

İlahm Əliyev Avropa futbol məkanında Azərbaycana qarşı ədalətsizlik ənənəsinin davam etməsindən təəssüfləndiyini bildirərək deyib: Bu dəfə də xorvatiyalı hakim Yoviç açıq-aydın bütün tamaşaçıların, televiziya tamaşaçılarının gözü önündə vurulmuş təmiz qolu saymadı. Buna səhv demək mümkün deyil. Çünki bu, Avropa turniridir. Bu, kənd turniri deyil.

Azərbaycan Respublikası prezidenti “Qarabağ”-ın vurduğu qolu görməyən hakimi və yan hakimi kör adlandıraraq belə bir suall verib: Nə üçün məhz “Qarabağ”ın oyunlarında biz bu biabırçı mənzərə ilə üzləşirik?

İlham Əliyev Azərbaycan idmanına qarşı haqsızlığın  Avropanın ümumiyyətlə Azərbaycan Respublikasına qarşı ikili standartlarından mənşə aldığını bildirərək verdiyi sualı belə cavablandırıb: “Mən bunun cavabını bilirəm, siz də bilirsiniz, Azərbaycan xalqı da bilir: ədalətsizlik, ikili standartlar, bizə, ölkəmizə, - təkcə sizə yox, - ölkəmizə qərəzli münasibət. Bunun cavabı budur.

Azərbaycan Respublikası prezidenti Azərbaycan futbolçularına qarşı Avropanın ədalətsizliyinin bundan sonra da davam edəcəyini xatırladıb.

Teqlər