Borrel: Əliyev-Paşinyan danışıqları “heyrətamiz” oldu
https://azeri.sahartv.ir/news/azərbaycan-i384339-borrel_Əliyev_paşinyan_danışıqları_heyrətamiz_oldu
Avropa İttifaqının xarici siyasət rəhbəri Brüsseldəki Əliyev-Paşinyan danışıqlarını “heyrətamiz” adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 22, 2021 12:37 Asia/Baku
  • Borrel: Əliyev-Paşinyan danışıqları “heyrətamiz” oldu

Avropa İttifaqının xarici siyasət rəhbəri Brüsseldəki Əliyev-Paşinyan danışıqlarını “heyrətamiz” adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Cozep Borrel Brüsseldə dekabrın 15-də keçirilən Şərq Tərəfdaşlığı sammiti haqda yazdığı məqalədə Azərbaycan və Ermənistan liderlərinin görüşünə toxunaraq onu yüksək qiymətləndirib. 

Avropa İttifaqının diplomatik xidmətinin rəsmi saytında dərc edilən məqalədə deyilir: “Bu heyrətamizdir ki, ilk dəfə Ermənistanın baş naziri və Azərbaycan prezidenti açıq qarşıdurmanın əvəzində Şərq Tərəfdaşlığı sammitində konstruktiv şərhlərlə çıxış etdilər. Bu isə sammit ərəfəsində hər iki liderlə gərgin və məhsuldar görüşlər keçirən prezident Şarl Mişelin rəhbərliyi altında həyata keçirilən vasitəçilik səyləri sayəsində mümkün oldu. Mən bu görüşün nəticələrini və tərəflərin konkret layihələrdə iştirak etməyə, barışığa aparan yolu açan ideyaları dəstəkləməyə hazır olmasını alqışlayıram. Görüş regionda münaqişənin aradan qaldırılması, etimad mühitinin yaradılması və regionda möhkəm sülhün qurulmasında Aİ-nin Ermənistan və Azərbaycanla sıx əməkdaşlığa sadiq olduğunu təsdiqlədi”, -deyə  Jozep Borrel yazır.