İŞİD-ə qatılanların 69 uşağı Azərbaycana gətirilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i384467-İŞİd_ə_qatılanların_69_uşağı_azərbaycana_gətirilib
Bu gün Azərbaycanın xarici İşlər naziri Ceyhun Bayramov 2021-ci ilin yekunlarına dair mətbuat konfransında etdiyi çıxışında İraq və Suriyadan Azərbaycana 69 uşaq və 12 qadının gətirilməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 27, 2021 10:43 Asia/Baku
  • İŞİD-ə qatılanların 69 uşağı Azərbaycana gətirilib

Bu gün Azərbaycanın xarici İşlər naziri Ceyhun Bayramov 2021-ci ilin yekunlarına dair mətbuat konfransında etdiyi çıxışında İraq və Suriyadan Azərbaycana 69 uşaq və 12 qadının gətirilməsindən xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən, İraq və Suriyadan Azərbaycana gətirilənlərin ümumi sayı 81 nəfərdir.

2021-ci il noyabrın 24-də Azərbaycan Xarici İşlər Nazirliyi  Suriya düşərgəsində saxlanılan 12 Azərbaycan vətəndaşını ölkəyə qaytarıb.

Həmçinin bu il noyabrın sonunda Azərbaycan İraqın cəzaçəkmə müəssisələri və uşaq evlərində saxlanılan 38 azərbaycanlı uşaq ölkəyə qaytarılıb.

Azərbaycana gətirilən bu qadın və uşaqlar, vaxtı ilə Səudiyyə Ərəbistanının təşəbbüsü və maliyyə dəstəyi ilə Azərbaycan Respublikasında vəhabiləşənlərin ailələri hesab olunub. Onlar Suriya və İraqda təkfirçi İŞİD terrorçuları fəallaşan kimi bu vəhabi terror qruplaşmasının sıralarına daxil oldular.