Müdafiə Nazirliyində
Sadəcə 4 zabit 10 milyon manat mənimsəyib
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin 4 vəzifəli zabitinin 10 milyon manatlıq mənimsəmə ittihamı ilə bağlı 4 aylıq həbs qətimkan tədbiri seçilib.
SəhərAzəri-nin məlumatına əsasən, Müdafiə Nazirliyinin mənimsəmədə təqsirləndirilən zabitləri Maliyyə İdarəsinin rəisi Rafael Xəlilov, N saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Əlizadə Vüsal Ədalət oğlu barəsində istintaq orqanının təqdimatına baxılıb.Təqsirləndirilən şəxslərin hər biri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Adıçəkilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Onlar Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.
Ümumi zərərin 10 milyon manatdan çox olduğu bildirilir.