Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Fev 23, 2022 08:14 Asia/Baku
Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu ölkə ordusunun Kəlbəcər rayonundakı mövqelərinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulduğunu bildirib.
SəhərAzəri-nin məlumatına əsasən,Müdafiə Nazirliyinin rəsmi internet saytında dərc olunan məlumatda deyilir: “Fevralın 23-ü saat 03:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan atıcı silahlardan istifadə etməklə atəşə tutub.”
Teqlər