126 siyasi məhbus siyahıya alınıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i386293-126_siyasi_məhbus_siyahıya_alınıb
Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq tərəfindən siyasi məhbusların yenilənmiş siyahısı elan edilib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Fev 25, 2022 09:47 Asia/Baku
  • 126 siyasi məhbus siyahıya alınıb

Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq tərəfindən siyasi məhbusların yenilənmiş siyahısı elan edilib.

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov tərəfindən hazırlanan yeni siyahıya 126 nəfər daxil edilib, siyahının tərtibçiləri AŞPA-nın müəyyən etdiyi “siyasi məhbus” anlayışı meyarlarından çıxış ediblər.

Əvvəlki siyahı 10 dekabr 2021 tarixində açıqlanıb və orada 122 ad olub.

Bu siyahıda siyasi məhbuslar 6 qrupa bölünüblər:

1-ci qrup: jurnalistlər və bloqerlər -5 nəfər

2-ci qrup: müxalifət partiyalarının və hərəkatların üzvləri -12 nəfər

3-ci qrup: dindarlar  -21 nəfər

4-cü qrup: Tərtər işi üzrə mühakimə olunanlar -27 nəfər

5-cü qrup: Gəncə işi üzrə mühakimə olunanlar – 47 nəfər

6-cü qrup: Ömürlük mühakimə olunanlar – 14 nəfər-dən ibarətdir.

Azərbaycan Respublikası siyasi məhbusları siyahısında həmişə olduğu kimi dindarlar çoxluq təşkil edirlər. Bunların arasında İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov da yer alır.